ÜST-dən həyəcan təbili: Qəzzadan 9 min insan təxliyə edilməlidir

“Qəzzada 9 minə yaxın xəstənin təxliyə edilməyə ehtiyacı var”.

Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Qəzza zolağında cəmi 10 xəstəxana fəaliyyət göstərir. Minlərlə xəstə hələ də tibbi yardımdan məhrumdur”, – Qebreyesus “X” mikrobloqunda yazıb.

ÜST-ün məlumatına görə, müharibədən əvvəl Qəzzada 36 xəstəxana fəaliyyət göstərib.

“Təxminən 9 min insan xərçəng, mərmi zədələri, böyrək dializi və digər xroniki xəstəliklərdən əziyyət çəkir və müalicə almaq üçün təcili evakuasiya olunmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az