putin 112

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin Baxmutdan mayın 10-da çıxacaqlarını deyib. Buna səbəb kimi isə silah-sursat çatışmazlığını göstərib. O, mövcud problemin səbəbkarları kimi Rusiya müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu göstərib.

Maraqlıdır, Yevgeni Priqojinin Sergey Şoyqu və Valeri Gerasimovu hədəf alması nədən xəbər verir? Rusiyanın hərbi elitasında parçalanma pik həddə çatıb? Vaqnerin Baxmutdan çıxması Rusiyanın məğlubiyyətinə işarə edir? Bundan sonra proses necə irəliləyəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, “Vaqner” rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu tənqid etsə də əslində əsas narazılığı Prezident Vladimir Putindəndir:

elxan sahinoglu 1

Elxan Şahinoğlu

“Məsələ ondadır ki, Priqojin və onun “Vaqner” muzdlu qruplaşması hazırda Ukraynanın ən qaynar nöqtəsində döyüşmək məcburiyyətindədir. Onları ora göndərən isə məhz Putinindir.

Düzdür, Priqojin dostu Putinin hesabına varlanıb, ərzaq şirkətləri milyardlar qazanıb, “Vaqner” muzdlu qruplaşmasını yaradıb, döyüşçülərini üçüncü ölkələrə göndərib yaxşı kontraktlar əldə edib.

Lakin bu gün Priqojinin itkiləri gəlirindən çoxdur. Belə ki, o, gündə yüzlərlə döyüşçüsünü itirir. Vəziyyət elə bir həddə çatıb ki, Priqojinin psixologiyası da pozulub və o bunun nəticəsi olaraq Sergey Şoyqu və Valeri Gerasimovu təndiq edir”.

Politoloq qeyd edib ki, Putinin yeganə seçimi dostunu geri çağırmaq və “Vaqner”ə yeni rəhbər təyin etməkdir:

“Məsələ ondadır ki, Priqojin son video açıqlamaları ilə Rusiya ordusunun nüfuzuna zərbə vurub. Orduya Şoyqu rəhbərlik etsə də ali baş komandan Putindir. Kreml sahibi təhqiri və imicinə vurulan zərbəni Priqojinə bağışlamayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: