radoslawas sikorskis 4f6afca592eb4

Prezident Karol Navroçki ABŞ lideri Donald Trampla yaxşı münasibətlərindən istifadə edərək Ukraynaya “Patriot” sistemləri üçün raketlərlə bağlı yardım göstərə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radek Sikorski deyib.

“Qonşunun evi yanırsa, bizim bir vedrə suyumuz varsa, ona kömək etmək yaxşı olardı”, – deyə nazir bildirib.

Bununla belə, Sikorski məsələnin mürəkkəb olduğunu qeyd edib:

“Patriot” sistemləri üçün raket əleyhinə mərmilər həmişə çatışmır, Rusiya isə ayda 120-yə qədər raket istehsal edir”.

Sikorski Varşavanın öz sursatlarını Kiyevə verib-verməməli olduğu sualına konkret cavab verməyib.

“Bu, mənim qərarım deyil. Amma Ukrayna etibarlı müttəfiqdir, tanklardan sərhədimizi qoruyur. Digər tərəfdən, “Patriot” sistemləri Rusiya raketlərini məhv edə bilərdi… Ona görə də bunlar asan qərarlar deyil”, – deyə Sikorski bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: