Kolumbiya Prezidenti Qustavo Petro Venesuela lideri Nikolas Maduronun həbsi və “onunla yaxın əlaqələri” barədə şərh verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “El Tiempo” məlumat yayıb.
Kolumbiya lideri gizlədəcək heç bir şeyinin olmadığını deyib.
“Mən 10 ili nüfuzlu siyasətçilər və silahlı narkotik qaçaqmalçıları arasındakı əlaqələri araşdırmağa və ictimaiyyətə açıqlamağa həsr etmişəm”, – deyə Petro bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp daha əvvəl Maduronun tutulmasından sonra Qustavo Petroya xəbərdarlıq etmişdi.
Amerikalı siyasətçi qeyd etmişdi ki, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-a göndərilir. Buna görə də o, kolumbiyalı həmkarına “daha diqqətli olmağa” çağırış etmişdi.
Əliyar Xəlil
Globalinfo.az