Putin 1311

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya prezidenti Vladimir Putinin həyatına edilən sui-qəsd cəhdlərindən xəbərdardır. Onu öldürmək cəhdləri olub, amma hələlik bu, uğursuz alınıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Budanov İosif Stalinin ölümünün şahidi olan nənəsinin hekayələrini xatırladıb.

“Nənəm deyirdi ki, insanlar o zaman bütün dünyalarının dağıldığını düşünürdülər. Putin 20 ildən artıqdır ki, hakimiyyətdədir. Ona görə də bu, çox oxşar hiss olacaq və indi ruslar Putini itirmək qorxusunu yaşayırlar. Çünki o, rusların həyat stabilliyinin qarantıdır”, – deyə Budanov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: