Rusiya MN: Ukraynanın bu cəhdinin qarşısı alındı – YENİLƏNİB

Ukraynaya məxsus silahlı qruplar Belqorod və Kursk vilayətlərinə keçməyə cəhd göstərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanallarında məlumat yayılıb.

Qeyd edilib ki, pikap avtomobillərində olan bir neçə silahlı qrup minaatan və artilleriya atəşinin dəstəyi ilə hücuma keçib. Hazırda Belqorod və Kursk vilayətinin Tetkino məntəqəsində atışma getdiyi vurğulanıb.

Hələlik rəsmi məlumat yoxdur.

***12:40

Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmağa cəhd etməsi təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.

Onun sözlərinə görə, Ukraynanın diversiya-kəşfiyyat qrupu Kursk vilayətinin Tetkino yaşayış məntəqəsinə soxulmağa çalışıb: “Atışma olub, lakin heç bir irəliləyiş olmayıb”, deyə vilayət qubernatoru Telegram kanalında bildirib.