Göyçədə boğulan diplomatın kimliyi bilindi – YENİLƏNİB

Göyçə gölündə boğulan şəxsin Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko olduğu bəlli olub.

O, 2022-ci ildən Ermənistanda diplomatik xidmətə başlayıb.

***

Ermənistanda bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Qeyd olunur ki, Ermənistandakı Ukrayna səfirinin müşaviri Göyçə gölündə batıb. Xilasedicilər sahildən 25 metr məsafədə batan şəxsi müəyyən ediblər.

O, sudan çıxarılıb və sahilə çatdırılıb.

Hadisə yerinə gedən tibb xidməti əməkdaşları diplomatın öldüyünü müəyyən ediblər.

Əliyar Xəlil
Globalinfo.az