2025 03 25T160330Z 996520329 RC2CKDAS17Z0 RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY pic 32ratio 900x600 900x600 83570

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiya tətbiq edilməsi haqqında iki fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb.

Fərmana əsasən, ruslara kömək edən və faktiki olaraq, Rusiya dövlətini maliyyələşdirən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiya tətbiq edilib.

Zelenski Putinin qohumlarını da sanksiya siyahısına salıb.

İkinci fərmana əsasən, V. Zelenski “Kanada paketi” çərçivəsində sanksiyaları Vladimir Putinin qohumlarına da şamil edib.

Siyahıda Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, onun hazırkı əri Artur Oçeretnıy, Putinin əmisi oğlu Mixail Putin, Putinin qardaşı oğlu Mixail Şelomov, Putinin qızının keçmiş əri İqor Zelenskinin adı yer alıb.

74 nəfərlik siyahıya həmçinin Kremlin yaxın çevrəsindən olan şəxslər və müharibənin maliyyələşdirilməsində iştirak edən biznesmenlər də daxil edilib.

Paylaş: