Ukraynada nəhəng İES tamamilə məhv oldu – VİDEO / YENİLƏNİB

Raket zərbələri nəticəsində Kiyev vilayətindəki “Tripol” İstilik Elektrik Stansiyasının dağıdılmasından sonra Rusiya Sumıdakı enerji obyektinə hücum edib.

Yerli vaxtla saat 16:00-dan sonra Sumıda güclü partlayış səsi eşidilib.

Regional Hərbi Administrasiyası Sumı şəhərinin mühüm infrastrukturuna – yerli istilik elektrik stansiyasına havadan zərbə endirildiyini açıqlayıb.

***14:07

Tripolye İstilik Elektrik Stansiyası (İES) tamamilə məhv olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Tsenterenerqo Ukrainı” şirkəti məlumat yayıb.

Bildirilir ki, güclü yanğın turbin sexini bürüyüb.

İES Kiyevdən 45 km cənubda, Dnepr çayının sahilində yerləşir.

Çernobıl Atom Elektrik Stansiyasının istismardan çıxarılmasından sonra bu, Kiyev vilayəti, eləcə də Jitomir və Çerkassı üçün ən böyük enerji istehsal edən obyekt idi.

***13:25

Rusiya Silahlı Qüvvələri bu gün növbəti dəfə Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hücumun nəticələri barədə Ukrayna KİV məlumat yayıb.

Hədəf Kiyev vilayətindəki enerji bloku olub.

Nəticədə Tripolye İstilik Elektrik Stansiyasında yanğın başlayıb.

İlkin məlumata görə, raketlərdən biri İES-i sıradan çıxarıb. Lakin rəsmi mənbələr hücumla bağlı hələlik heç bir məlumat verməyiblər.