ABŞ senatoru Lindsi Qraham İrana xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Foks Nyus”a açıqlamasında danışıb.
“Əgər İran həmişə etdiyi kimi dinc etirazçıları güllələyərək öldürərsə, ABŞ onların köməyinə gələcək.
Ayətullahlar, bunu başa düşməlisiniz: Əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp da sizi öldürəcək “, – o bildirib.
Qraham İranda dəyişiklik zamanı olduğunu əlavə edib:
“Aksiyalar Yaxın Şərq tarixində nasist rejimindən qurtulmaq üçün ən böyük dəyişiklikdir”,
Əliyar Xəlil
Globalinfo.az