Ukrayna Televiziya Şurasından xəbərdarlıq: Rus hərbçilərini təhqir etməyin

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası Kütləvi İnformasiya Vasitələrini (KİV)  rus ordusuna qarşı təhqiramiz ifadələr işlətməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Ukrayna mediasına Rusiya hərbçilərini təhqir etməmək tövsiyə olunub.

Təşkilat mediada düşməni, xüsusən də Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularını alçaltmağa yönəlmiş bəyanatları yanlış adlandırıb. Jurnalistlərdən hətta hərbi vəziyyət şəraitində də etik və peşəkar standartları qorumaq tələb edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az