abs rusiya 1
Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkili prosesi ilə tanış olan mənbə məlumat verib.

Bildirilib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda keçirilə bilər:

“Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək, baxmayaraq ki, danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb. Nümayəndə heyətləri aprelin ortalarında Ər-Riyadda növbəti görüş keçirə bilər”, – mənbə bildirib.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: