Üç partiyanın seçkilərində nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.