Türkiyəyə 2023-cü ildə nə qədər turist gəlib? – ŞOK RƏQƏMLƏR

Türkiyə 2023-cü ildə ölkəyə 56,5 milyondan çox turistin gəldiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.

Onun sözlərinə görə, ən çox turist İstanbul və Antalyaya səfər edib. Mehmet Ersoy bir il əvvəl, yəni 2022-ci ildə Türkiyəyə 51,4 milyon xarici turistin gəldiyini qeyd edib.

Türkiyəli nazir bildirib ki, ən çox əcnəbi İstanbul və Aralıq dənizi şəhəri olan Antalyaya səfər edib:

“İstanbulu təxminən 16 milyon insan ziyarət edib ki, bu da Antalya bölgəsi ilə eynidir”, – Ersoy vurğulayıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri 2023-cü ilin sonuna kimi turizmdən 55,6 milyard dollar gəliri əldə etməyi, 2028-ci ildə isə bu rəqəmi 100 milyard dollara çatdırmağı planlaşdırdıqlarını açıqlayıblar.

2022-ci ildə isə Türkiyəyə 44,6 milyon turist gəlib. Ölkənin turizm sənayesinin gəliri 46,4 milyard dollar təşkil edib.

Əliyar Xəlil,

Globalinfo.az