Türkiyənin yeni Nazirlər Kabinetin ilk iclası 4 saatdan çox davam etdi – FOTO

20:52

Növbəti dəfə Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yeni Nazirlər Kabinetin ilk iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, iclas 4 saat 10 dəqiqədən çox çəkib.

Qeyd olunub ki, iclasda əsas müzakirə mövzuları ölkədəki inflyasiya, zəlzələdən sonra görülən tədbirlər, terrorla mübarizə və 1 milyon suriyalının geri qayıtması məsələləri olub.

İclas mətbuata qapalı olub.