Türkiyənin vitse-prezidenti Mikayıl Cabbarovla görüşündən yazdı

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra Tvitterdə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda qeyd edilib:

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik.

Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.

Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”.