Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Globalinfo.az xəbər verir ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
M.Özer jurnalistlərə açıqlamasında İrandakı səfirliyimizə hücumu pisləyib.
O bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.
Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özer arasında görüş olacaq.
***09:47
Türkiyənin milli təhsil naziri Mahmut Özer bu gün Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşəcək.
Globalinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş türkiyəli nazirin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Bildirilib ki, nazirlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, daha sonra isə peşə təhsili mərkəzinə baş çəkəcəklər.
