Türkiyənin azərbaycanlı astronavtı kosmosa uçub

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.