AVRO-2024: Çexiya Gürcüstanla bacarmadı

Gürcüstan – Çexiya matçı 1-1 hesabı ilə yekunlaşıb.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan – Çexiya oyununda ikinci qol vurulub.

Globalinfo.az xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib – 1:1.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan – Çexiya oyununda ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir – 1:0.

Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan – Çexiya oyununda hesab açılıb.

Globalinfo.az-ın məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Globalinfo.az-ın məlumatına görə, Gürcüstan – Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.