Türkiyə polisi 21 vilayətdə İŞİD-ə qarşı əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir 357 şəxsin İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinərək saxlanıldığını deyib.
Yerlikaya Adana, Ağrı, Ankara, Antalya, Bingöl, Çorum, Denizli, Erzincan, Gaziantep, Giresun, İstanbul, Kastamonu, Kilis, Konya, Muğla, Niğde, Osmaniye, Şanlıurfa, Şırnak, Yalova ve Van bölgələrində eyni anda əməliyyatların keçirildiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az