Türkiyədən inqilabi həmlə: Orduya “Altay” gəlir

Türkiyə “Altay” tanklarının kütləvi istehsalına başlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib.

Onun sözlərinə görə, tank konstruksiyası müasir döyüş şəraitinə uyğun modernləşdirilib.

“Yeni texnologiyaların əlavə edilməsi ilə döyüş effektivliyi artırılıb. Bundan əlavə, layihənin hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin son illərdə əldə etdiyi təcrübədən istifadə olunub”, – Görgün vurğulayıb.

Xatırladaq ki, “Altay” tankının istehsalı üzrə müqavilə Türkiyənin Müdafiə Sənayesi İdarəsi ilə BMC şirkəti arasında 2018-ci ildə imzalanıb. Müqavilə dəyəri 500 milyon dollar təşkil edir. İlk mərhələdə 250 tankın istehsalı nəzərdə tutulur. Ankara bu hərbi texnikanın min ədədini istehsal etməyi planlaşdırır. “Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Almaniyanın “Leopard” və Amerikanın “M60” tanklarını əvəz edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az