ABŞ-da dövlət bayraqları endiriləcək

ABŞ Prezidenti Co Bayden Lyuiston şəhərindəki atışma qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə qərar imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bildirilib ki, oktyabrın 30-dək Ağ Evdə, bütün ictimai binalarda, hərbi postlarda, dəniz stansiyalarında və hərbi dəniz gəmilərində bayraqlar yarıya qədər endirilir. Qərara əsasən, ABŞ-nin bütün səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərində də bayraq endiriləcək.

Xatırladaq ki, bu gecə Men ştatının Lyuiston şəhərində silahlı insident olub. Hadisə zamanı 22 nəfər ölüb, 60-ı isə yaralanıb.