Türkiyədə seçkilər başa çatdı – YENİLƏNİB

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.

Globalinfo.az  xəbər verir ki vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 min 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb. Sandıqların bəziləri konteynerlərə yerləşdirilib. Buradakı vətəndaşların səsverməyə gəlmələrini asanlaşdırmaq üçün xüsusi avtobuslar ayrılıb. Müəyyən səbəblərdən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün ünvanlara səyyar qutular göndərilib.

Yaxın saatlarda Türkiyənin Yüksək Seçki Komissiyasının seçkilərlə bağlı ilkin açıqlama verməsi gözlənilir.

***

Türkiyənin 32 vilayətində yerli idarəetmə orqanlarına seçkilər üçün səsvermə başa çatıb.

Globalinfo.az xəbər verir ki, digər vilayətlərdə səsvermə bir saata bitəcək.

Seçicilər siyahısındakı seçicilərin hamısı səs vermiş olsa belə, qutular yerli vaxtla saat 17:00-dan sonra açılacaq.

İlk olaraq bələdiyyə sədrinin bülletenləri hesablanacaq.

***10:26

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkiləri keçirilir.

Globalinfo.az xəbər verir ki, seçki yerli vaxtla saat 08:00-da (bəzi yerlərdə 07:00-dan) başlayıb.

Ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparır.

Qeyd edək ki, ən gərgin mübarizənin Türkiyənin 30 böyük şəhərində olması gözlənilir. Ən çox namizədin qeydə alındığı şəhər isə İstanbuldur. Bu meqapolisin bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülüb.

Bələdiyyə seçkiləri çərçivəsində 61 milyon 441 min 882 seçicinin səs verməsi üçün 250 min 903 seçki qutusu quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla 17:00, bəzi şərq bölgələrində isə 16:00-da başa çatacaq.