Türkiyədə prezident seçkisində son durum – İlk açıqlama

“Türkiyə prezident seçkilərinin ikinci turu problemsiz davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Əhmər Yenər deyib.

O bildirib ki, ikinci turda yalnız prezident seçkisi olduğu üçün səsvermə nəticələrinin daha qısa zamanda açıqlana bilər.

Qeyd edək ki, son sorğuların nəticələrində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın bir neçə faiz səslə qalib olacağı proqnozlaşdırılır.