“Narkotik maddə istifadəsinə təşviq” ittihamı ilə saxlanılan 19 məşhurun hamısı azadlığa buraxılıb.
***
Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Məşhurlar ifadələrini vermək və qan nümunələrinin alınması üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb. Şübhəlilər haqqında həbs-qətimkan tədbirinin olmadığı və əməliyyatların ardından sərbəst buraxılacaqları öyrənilib”, – deyə bildirilib.
*** 09:23
İstanbul İl Jandarma Komandanlığı Narkotiklərlə Mübarizə Şöbəsi məşhur simalara qarşı narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, əməliyyat çərçivəsində müğənni İrem Derici, Hadisə kimi məşhurlar saxlanılıb.
Bildirilib ki, İrem Derici narkotikdən istifadəni təbliğ etmək ittihamı ilə Şişlidəki evində tutulub.
İfaçının vəkili Ayşegül Mermer xəbəri təsdiqləyib. O qeyd edib ki, məsələ ilə bağlı rəsmi məlumat yoxdur.
Şübhəlilər aralarında həmçinin Dilan Polat, Engin Polat, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünağaç, Duygu Özaslan, Demet Evgar Babataş, Mutaf, Demet Evqar Babataş, Meriçkin Özgep və Zeynep Özalın da olduğu bildirilir.
Günel Cəlil
Globalinfo.az