Türkiyənin paytaxtı Ankara şəhərində 120 nəfər qidadan zəhərlənib.
Globalinfo.az Türkiyə KİV istinadla xəbər verir ki, şəhərin Sincan rayonunda 120 nəfər inşaat işçisi yemək şirkətlərinin birindən sifariş etdikləri qidaları yedikdən sonra özlərini pis hiss ediblər.
Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.