Fransadan Putini qəzəbləndirəcək addım: İmzalar atıldı

Ukrayna Silahlı Qüvvələrinin Komandanı Oleksandr Sırski Fransanın Kiyevə qoşun göndərəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Paris Ukraynada döyüşən hərbçilərə təlim keçmək üçün Kiyevə qoşun göndərmək qərarına gəlib.

Sırski bildirib ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşündə bu barədə sənədlər imzalanıb.

O, Fransanın Ukrayna hərbi personalına təlim keçmək üçün atılan bu addımı alqışlayıb.

“İnanıram ki, Fransanın qətiyyəti digər Qərb tərəfdaşlarını da bu iddialı layihəyə qoşulmağa təşviq edəcək”, – Sırski vurğulayıb.

Fransanın ilk hərbi yerləşdirmələri ilə bağlı heç bir təfərrüat açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət öncə verdiyi açıqlamasında Ukraynanın döyüş meydanında görülən fransızların hədəfə çevriləcəyini bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az