Türkiyədə faciə: cənazə namazına toplaşanları maşın vurdu – FOTO

Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda əyləci boşalan yük maşınının cənazə namazı üçün toplaşanları vurması nəticəsində ölənlər və yaralananlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer yaralananlar arasında həyati təhlükəsi davam edənlərin olduğunu bildirib.

Türkiyədə yük maşını cənazə namazına toplaşanları vurub, 5 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB