İstanbulun Avcılar rayonunda təkrar emal fabrikində güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Fabrikdə çox sayda plastik olması səbəbindən yanğın qısa zamanda daha geniş əraziyə yayılıb. Alovla mübarizəyə 20 rayondan yanğınsöndürən briqada cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az