Türkiyədə fabrikdə yanğın olub – YENİLƏNİB

AA 20250211 37023966 37023964 AFYONKARAHISARDA ORMAN URUNLERI FABRIKASINDA CIKAN YANGIN KONTROL ALTINA ALINDI
Afyonkarahisarda fabrikdə baş verən yanğın nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Hazırda hadisə yerində 84 yanğınsöndürən maşın, 168 canlı qüvvə çalışır. Qeyd olunub ki, artıq soyutma işlərinə başlanılıb.

Ötən gün başlayan yanğınla mübarizəyə ümumilikdə 108 yanğınsöndürən maşın, 232 canlı qüvvə və 2 helikopter cəlb olunub.

Yanğın nəticəsində fabrikə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

**

22:39

Türkiyədə fabrikdə yanğın başlayıb.Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Yanğın Afyonkarahisarda meşə materialları fabrikində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Aysel Əliyeva
Globalinfo.az