Türkiyənin cənub-qərb sahillərində turist gəmisində yanğın baş verib.
Globalnfo.az xəbər verir ki, hadisə zamanı gəmidə uşaqların da daxil 107 nəfər sərnişin və ekipaj üzvü olub.
Yanğından xilas olmaq üçün sərnişinlərin bir qismi gəmidən dənizə tullanıb.
Gəmidə olan 107 nəfərin hamısı təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb