Türkiyə XİN ABŞ-ın bu qərarını pislədi

Türkiyə ABŞ-ın 2020-ci ilin sentyabrında Kipr Respublikasına (yunan administrasiyası) qarşı silah embarqosunun ləğvinin 1 oktyabr 2023-cü il tarixindən etibarən daha 1 il müddətinə uzadılmasını pisləyir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyir.

“ABŞ-ın Kipr türk administrasiyasına qarşı atdığı müxtəlif addımların bu ölkənin uzun illərdir Kipr adasında saxladığı neytral mövqeyinə xələl gətirir və Kipr məsələsinin ədalətli, daimi və davamlı həllinə mane olur. Bu münasibətlə biz
ABŞ-ı bir daha regionda sabitliyə təhlükə yaradan bu siyasəti nəzərdən keçirməyə dəvət edirik”, – bəyanatda vurğulanıb.

XİN-dən, həmçinin bildirilib ki, Türkiyə qarant dövlət olaraq öz tarixi və hüquqi məsuliyyəti çərçivəsində Kipr türklərinin varlığını və təhlükəsizliyini təmin etməyə davam edəcək.