Türkiyə serialında xəritə qalmaqalı: İzlər Talıbovlara gedib çıxır – Şok iddia / VİDEO

13:35

Türkiyədə yayımlanan və böyük reytinq qazanan “Mən bu cahana sığmazam” serialında bir məqam ciddi müzakirə edilir. Belə ki, serialın baş qəhrəmanı Cezayir Türkün oturduğu məkanın divarında Türkiyə və Azərbaycan xəritələri yan-yana asılıb. Amma Azərbaycan xəritəsində Naxçıvan Muxtar Respublikası yoxdur. Bu da ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Azərbaycanlılar Naxçıvanın xəritədə olmamasını etirazla qarşılayıb. İctimai müzakirələrdə serial komandasından bu “yanlışa” görə Azərbaycandan üzr istəmələri tələb edilir.

Globalinfo.az-a daxil olan məlumata görə, bu xəritə qalmaqalı təsadüf deyil. Hansısa texniki yanlış səbəbindən ortaya belə üzücü mənzərə çıxmayıb. Mənbənin dediyinə görə, xəritə xətasının əsl səbəbkarları Talıbovardır. Belə ki, onlar muxtar respublikada hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycan dövlətinə asi olublar. Çox qəzəblidirlər.

Ətraflı videoda:

Tahir Turan
Globalinfo.az