Türkiyə qarışdı: İnsanlar küçələrə axın edir – VİDEO

Türkiyədə Suriya əsilli şəxsin 5 yaşlı suriyalı qıza təcavüz etdiyinə dair yayılan iddialar bölgədə ciddi etirazlara səbəb olub. 

Globalinfo.az xəbər verir ki, hadisənin Kayseri şəhəridə yaşandığı bildirilir.

Məlumata görə, ölkəyə qaçqın kimi gəlmiş Suriya əsilli bir kişinin 5 yaşlı suriyalı qıza təcavüz etdiyi iddia olunur. Polis həmin şəxsi saxlasa da, hadisə bölgə əhalisində ciddi narazılığa və qəzəbə səbəb olub. Kayseri əhalisi burada yaşayan suriyalıların evləri və maşınlarına hücum etməyə, onların ölkələrinə qayıtmaları ilə bağlı şüarlar səsləndirməyə başlayıblar.

Hadisə nəticəsində 60-dan çox sakinin saxlanıldığı açıqlanıb. Türkiyənin bir sıra hökumət rəsmiləri əhalini provokativ əməllərdən çəkinməyə, bu kimi addımlardan yayınmağa çağırıb.

Lakin Türkiyədə yaşanan hadisə Suriyada ciddi etirazlara səbəb olub. Ölkənin bir sıra ərazilərində Türkiyənin hərbi və təhlükəsizlik mərkəzlərinə hücum edilib. Türk bayraqları endirilib və yandırılıb. Ankaranın Suriyaya göndərdiyi yardım TIR-ları da yağmalanıb və yandırılıb. Türk ordusunun hazırda Suriyada aktivləşdiyi iddia olunur. Suriya hökumət rəsmiləri və ordu açıqlama yayaraq bu addımları yerli suriyalıların deyil, başqa millətlərdən olan şəxslərin etdiyi bildirilib, Ankaradan üzr istənilib.

Lakin hər iki ölkədə qarşılıqlı olaraq etirazlar keçirilməyə davam edir. Hazırda Kayseri ilə yanaşı Antalya, Konya, Hatay kimi bölgələrdə əhali küçələrə axışaraq qaçqınların ölkədən çıxarılmasına dairn tələblər səsləndirirlər. Etirazçılar bozqur işarəsi göstərərək “Ölkəmizdə qaçqın istəmirik” şüarları ilə yürüş keçirirlər.

Ayşən Mustafa
Globalinfo.az