Türkiyə ordusu Suriya və İraqda bu qədər terrorçu məhv edib

Türkiyə Silahlı Qüvvələri son üç ildə Suriya və İraqın şimalında 1441 terrorçunu zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, noyabrın 20-dən etibarən başladılan yeni anti-terror əməliyatı nəticəsində məhv edilən terrorçuların sayı da bu rəqəmə daxildir.

Xatırladaq ki, Türkiyə ordusu 2019-cu ildə Suriya və İraqın şimalında “Pənçə” adlı ani-terror əməliyyatına başlayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar daha əvəvl söyləmişdi ki, “Pənçə- Kilit” əməliyyatı sona yaxınlaşır.