Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın 8 oktyabr tarixində Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza atəşkəs danışıqlarında iştirak edəcək.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması, girov, məhbus mübadiləsi mexanizmləri və humanitar yardımların fasiləsiz çatdırılması olacaq.
Qeyd edək ki, İbrahim Kalın görüşlərdən əvvəl ABŞ, Misir, Qətər və HAMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
*** 20:16
Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV “Əl-Qahirə əl-İhbariyyə” telekanalına istinadla məlumat yayıb. ına görə,
Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək.
Türkiyə nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.