CJUjQnd1MA8d739xbYqtBHjPwaPQs5qKwkFiog8W 1200

Türkiyə Kubokunun 1/4 final mərhələsi İstanbul derbisi ilə əlamətdar olub.

Globalinfo.az xəbər verir ki, “Fənərbağça” doğma azarkeşləri önündə “Qalatasaray”ı qəbul edib.

Ülker Arenadakı matç qonaqların qələbəsi ilə yekunlaşıb. Osimhenin dublu “cim-bom”u yarımfinala çıxarıb – 1:2.

Görüşün əlavə olunmuş dəqiqələrində meydanda münaqişə yaşanıb. Bunun nəticəsi kimi “Fənər”in bir, “Qalatasaray”ın isə 2 futbolçusu qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Qalatasaray”ın yarımfinaldakı rəqibi “Konyaspor” olacaq. Digər yarımfinalçı “Trabzonspor” isə sabah oynanılacaq “Beşiktaş” – “Göztepe” matçının qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, kubokun hazırkı sahibi “Beşiktaş”dır.

Paylaş: