Türkiyə İsveçin NATO-ya üzv olmasına razılıq verdi – Vilnüsdə tarixi anlaşma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib:

“Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam. Bu, tarixi bir gündür”.

Stoltenberqin sözlərinə görə, görüşdə terrorizmlə mübarizə və silah embarqosunun ləğvi də daxil olmaqla, əvvəllər əldə edilmiş bütün razılaşmaların necə həyata keçiriləcəyi ilə bağlı ümumi anlaşma əldə olunub.

Eyni zamanda Stoltenberq İsveçin ratifikasiya və yekun üzvlüyünün gözlənilən tarixini Türkiyənin açıqlayacağını bildirib.