Rusiyanın İsfahandakı Baş Konsulluğunun binasına ziyan dəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, martın 8-də şəhərə endirilən raket zərbələri zamanı konsulluq binasının şüşələri sınıb, inzibati binaya və yaşayış evlərinə ziyan dəyib. Bir neçə əməkdaş yüngül xəsarət alıb.
Aysel Əliyeva
Globalinfo.az