Türkiyə-Azərbaycan münasibətlərində kritik an – “Tarixi səhv…”

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticəsinə əsasən, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) 20 ildə ilk dəfə hakim partiyaya qalib gəldi.

Maraqlıdır, bu amil Azərbaycana necə təsir edəcək? Sözügedən nəticə Ərdoğan iqtidarının sonu sayıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, proses Ərdoğanın siyasi görüşünün sonu olmayacaq:

“Sağçıların, millətçilərin 40 faizdən çox təsbit olunan səs limiti uzun müddət qalacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi baxışlarının yer aldığı Rifah Partiyası seçki prosesində parlaq rol oynadı. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) bir şəxsin – Rəcəb Tayyib Ərdoğanın vizyonu üzərində qurulub. Ondan sonra bu partiyanın güclü, siyasətdə söz sahibi olması mümkün görünmür. Amma sağ dindarları Türkiyə siyasətindən silmək, bunu Ərdoğanla əlaqələndirmək doğru deyil”.

Siyasi şərhçi növbəti mərhələnin Azərbaycana necə təsir edəcəyinə də fikir bildirib:

“2028-ci il seçkilərində Əkrəm İmamoğlu, Fatih Ərbakan, Səlçuq Bayraqdar, Hakan Fidan və s. kimi şəxslərin adı çəkilir. Sürpriz namizədlər də ola bilər. Lakin hər bir halda Azərbaycanla münasibətlərdə Türkiyə administrasiyasının yanlış addım atması strateji, tarixi səhv olar. Belə bir gedişata Türkiyə siyasi hakimiyyətində təmsil olunan heç bir qüvvə izn verməməlidir”.

Safura Bənnayeva
Globalinfo.az