“Zvartnots” Beynəlxalq Hava Limanının uçuş cədvəlinə əsasən, İrandan Ermənistana iki uçuş ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Xüsusilə, fevralın 3-də planlaşdırılan “Fly Kish” və “Armenia Airways” aviaşirkətlərinin Tehran-İrəvan reysləri ləğv edilib.
Uçuşların ləğvinin səbəbləri hələlik məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az