Türkiyənin Azərbaycandakı hərbi kontingentinin xidmət müddəti daha bir il uzadılıb

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.

Globalinfo.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.