Türkiyə polisi “Gürz-5” əməliyyatından sonra Hakkari bölgəsində “Gürz-6” əməliyyatı keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Gürz-6” əməliyyat zamanı 1-i ölü, 2-si sağ olmaqla 3 terrorçu zərərsizləşdirilib.
Türkiyə polisinin PKK terror qruplaşmasının üzvlərinin silah-sursat gizlətdikləri mağara və sığınacaqlarda keçirdiyi “Gürz-5” əməliyyatında isə 76 mağara və sığınacaqda həyata keçirilən əməliyyat nəticəsində 102 raket, 132 minaatan və qumbaraatan sursatı, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları və yanacaq patronu, 165 əl qumbarası, 22 əldəqayırma partlayıcı, 55 pulemyot zenit raketinin sursatları, 17 AKM avtomatı, 5 snayper tüfəngi, 3 RPG-7 raket qurğuları, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları, 2 min 604 mexaniki/elektrik qoruyucu, 1 dron və onun hissələri, 1 gecə görmə eynəyi, 37 kiloqram partlayıcı maddə, və elektron cihazlar və digər növ silah-sursatlar ələ keçirilib.