Türk ordusundan dəqiq cavab: Qərargah dağıdıldı, 7 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu Suriyada PKK/YPG qruplaşmasının sözdə qərargah adlanan obyektini dağıdıb, 7 terrorçu zərərsizləşdirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Türkiyə ordusu PKK/YPG-nin təşkil etdiyi hücumlara cavab verib.

Terrorçuların hücumu zamanı Türkiyə hərbçilərinə heç bir ziyan dəyməyib.

Terrorçuların hücumunun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyənin silahlı qüvvələri tərəfindən güclü əks zərbələr endirilib.