
Volodimir Zelenski ABŞ-a Ukraynanın faydalı qazıntılarına 50 faiz sahiblik hüququ verməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Mənbənin məlumatına görə, Zelenski bu barədə sənədləri imzalamaqdan nəzakətlə imtina edib.
“Burada – Münxendə olan bir neçə dövlət adamı mənə bildirdi ki, ABŞ Konqresi Zelenskiyə imzalaması üçün sənəd verib. Həmin sənədlər ABŞ-ın Ukraynanın faydalı qazıntılarının 50 faizinə sahib olmaq hüququ verir. Ukrayna Prezidenti nəzakətlə həmin kağızları imzalamaqdan imtina edib”, – deyə jurnalist bildirib.
Xatırladaq ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp Ukraynanın nadir torpaq metallarını almaqda maraqlı olduğunu deyib.
Aysel Əliyeva
Globalinfo.az