1000039122

Misli Premyer Liqasında “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib.

Globalinfo.az xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, qələbə sayəsində “Turan Tovuz” xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider “Qarabağ”la xallarını bərabərləşdirib. “Kəpəz” isə 3 xalla sonuncu sırada yer alır.

Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Paylaş: