“Turan” Ayxan Abbasovu istefaya göndərdi

Ayxan Abbasov “Turan Tovuz” klubundan ayrılmasının səbəbini açıqlayıb.

42 yaşlı mütəxəssis “Report”a açıqlamasında komandadan ayrılmaq təklifinin “Turan Tovuz” rəhbərliyindən gəldiyini bildirib.

“Kəpəz”ə qarşı mövsümün sonuncu oyununu keçirdik. Daha sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən yeni planlarının olduğu bildirildi və ayrılmağımla bağlı fikir irəli sürüldü. Bildirməliyəm ki, “Neftçi”dən təklif almamışam. “Turan Tovuz” isə qarşıma hansısa ciddi məqsəd qoymamışdı”, – deyə A.Abbasov söyləyib.

***

Tovuzun “Turan” klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumatda bildirilib ki, qarşılıqlı razılıq əsasında mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2022-ci ildə qərb təmsilçisinə baş məşqçi təyin olunmuşdu.