Trüdo: “Kanadanın ABŞ tərəfindən işğal planı realdır”

trudo 0

“ABŞ Prezidenti Donald Trampın Kanadanı ölkəsinin tərkibinə qatmaq barədə təhdidləri realdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kanada baş naziri Castin Trüdo deyib. Onun sözlərinə görə, belə addım Kanadanın vacib faydalı qazıntıların ABŞ-ın giriş imkanının təmini ilə motivisiya olunub:

“Tramp hesab edir ki, bunun üçün sadə yol ölkəmizi ABŞ-yə birləşdirməkdir. Bu, realdır” – deyə o bildirib.

Trüdo Kanadanın qısamüddətli perspektivdə Trampın tarif təhdidlərinə qarşı taktiki cavab hazırlamalı olduğunu söyləyib.
Qeyd edək ki, Tramp bundan öncə Kanadaya 25%-lik gömrük rüsumu tətbiq etsə də sonradan onun tətbiqini bir aylıq dayandırıb. ABŞ lideri həmçinin Kanadanı ABŞ-ın 51-ci ştatı etmək istədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az