tramp putin

“Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla təmas qurmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kreml sözçüsü liderlər arasında mümkün danışıqlarla bağlı Moskvanın siqnal gözlədiyini və bu barədə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Donald Tramp Vladimir Putinlə dərhal görüşmək istədiyini və məsələ ilə bağlı Rusiyadan siqnallar aldığını deyib.

Əliyar Xəlil
Globalinfo.az 

 

Paylaş: