“Vaşinqton Tehranda qələbəyə yaxındır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, gələcək hərbi əməliyyatların vaxtı ABŞ-ın qərarından asılı olacaq.
“Qələbə artıq yaxındadır. Açığını desəm, bu, mən nə vaxt istəsəm, həmin vaxt baş verəcək”, – deyə Tramp Şükranlıq Günü münasibətilə amerikalı hərbçilərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, Ağ Ev İrana danışıqlar aparmaq imkanı təklif etməyə davam edir:
“Biz onlara razılaşma əldə etmək və çoxsaylı insan həyatını xilas etmək imkanı veririk. Lakin onların bu fürsətdən istifadə edəcəklərinə əmin deyiləm”.
Tramp həmçinin ABŞ-ın regiona əlavə bir aviadaşıyıcı göndərdiyini açıqlayıb və Amerikanın hərbi potensialının gücləndirildiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az